AZ

İstehlak kreditlərinin sığortalanması faizlərə təsir edəcəkmi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda vətəndaşlar bir çox səbəbdən kredit üçün banklara müraciətlər etməli olur. Amma bəzən  bədbəxt hadisələr bu öhdəliklərin icrasını mümkünsüz etdiyi halda, borc yükü vərəsələrə ötürülür. Artıq bu məsələnin həlli üçün Mərkəzi Bank ciddi addımlar atır. Kredit verilən zaman könüllük əsasında  tətbiq ediləcək sığorta nəticəsində borcalan hər hansı bir bədbəxt hadisə ilə üzləşərsə, onun krediti sığorta hesabına ödənilə biləcək.

Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli Banco.az –a bildirib ki, Mərkəzi Bankın atdığı bu addım olduqca faydalıdır:

“Həyat sığortası ipoteka kreditləri verilən zaman tələb olunurdu. Amma hazırda Mərkəzi Bankın banklara etdiyi tövsüyyədən sonra artıq istehlak krediti verən bütün banklar müştərilərinə bu seçimi təklif edəcəklər. Əvvəllər banklar bu məsələdə pərakəndə fikirdə olsalar da, hazırda bütün banklar müştəri qarşısında sığorta təklifini irəli sürəcək. Sığortalanma əlavə riskin aşağı salınması üsuludur.  Hesab edirəm ki, sığortanın tətbiqi vətəndaş üçün əlavə xərcin ödənilməsinə gətirib çıxaracaq. Ona görə də, müştərilərə seçim kimi verilməsinin tərəfdarıyam.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
banco.az

1Mənbələr