AZ

Seçkilərin keçirilməsi ölkənin demokratikləşməsi baxımından faydalı hesab oluna bilər



"İyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmişdir. Səbəb olaraq ölkəmizdə payız ayında keçiriləcək COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması göstərilir. Seçkilərin keçirilməsi istənilən halda ölkənin demokratikləşməsi baxımından faydalı hesab oluna bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu il keçiriləcək seçkilər ölkəmizin siyasi həyatında xüsusi olaraq faydalı olacaq:

"Doğrudur, seçki komissiyası yay mövsümü, isti havalara təsadüf edir. Bu da öz növbəsində bəzi çətinliklər yaradır. Amma, əsas məsələ seçkinin daha da şəffaf və demokratik prinsiplərə uyğun keyfiyyətli şəkildə keçirilməsi üzərində durmaq lazımdır. Son dəfə keçirilən seçkilərdə baş verən qanunsuzluqlara yol verənləri seçki prosesindən uzaqlaşdırmaq lazımdır və bütün nöqsanların aradan qaldırılması istiqamətində zəruri addımlar atılmalıdır".

Anar Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
newscenter.az

1Mənbələr