Bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına paralimpiya təqaüdləri verilə bilər.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır.