AZ

"Turan Tovuz"un futbolçusu ABŞ-a qarşı oynadı

Amerika Kubokunda 2-ci turun oyunları davam edir.

"Football-plus.az" xəbər verir ki, C qrupunda Panama yığması ABŞ ilə qarşılaşıb və2:1 hesablı qələbə qazanıb. "Turan Tovuz"un müdafiəçisi Roderik Miller Panama millisinin heyətində 90 dəqiqə meydanda olub.

Qrupun digər matçında Uruqvay millisi Boliviyanı 5 cavabsız qolla üstələyib.

Qeyd edək ki, qrupda 6 xalı olan Uruqvay yığması 1/4 finala vəsiqəni təmin edib. ABŞ-la Panama 3 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Sonuncu olan Boliviyaın xalı yoxdu.

Seçilən
83
2
football-plus.az

3Mənbələr