"Bayern", "Yuventus" və "Barselona"nın sabiq futbolçusu Arturo Vidal 2009/10 mövsümündə "Bayern"də birlikdə çıxış etdiyi "Real" və Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos haqda danışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:

"Bayerndə Kroosla birlikdə oynadıq. O, icarəyə gəlmişdi, texniki cəhətdən yaxşı idi, amma çox şeyi çatışmırdı, mənə və Renato Aqustoya gəldi və biz ona futbolun nə olduğunu başa saldıq. Biz ona çox şey öyrətdik".