AZ

Xavi Simons gələcəyi ilə bağlı sualı cavabladı

Futbol üzrə Niderland yığma komandasının və PSJ-nin yarımmüdafiəçisi Xavi Simons gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az niderlandlı futbolçunun bu barədə cavabını təqdim edir:

“Mənim gələcəyim? Avropa çempionatından sonra görünəcək. Çox şey baş verib, amma mən Parisdə xoşbəxt idim. Bu mövsümü “Leypsiq”də keçirdim, indi isə Avropa çempionatından sonra hər şeyin necə gedəcəyini görəcəyik”, deyə 21 yaşlı gənc futbolçu vurğulayıb.

Xatırladaq ki, Xavi Simons PSJ-yə 2023-cü ilin yayında Niderlandın PSV klubundan 4 milyon avro qarşılığında keçib. Halbuki o, Eyndhoven klubuna 2022-ci ilin yayında elə PSJ-dən keçmişdi. Niderlandlı futbolçu PSJ-nin heyətində 11 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Simons geridə qalmış mövsümü icarə əsasında “Leypsiq”də keçirib. O, Bundesliqa klubunun heyətində 43 oyuna çıxıb, 10 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Xavinin PSV karyerası isə 48 oyun, 22 qol və 12 assistdən ibarətdir.

Simons 2022-ci ilin dekabr ayında debüt etdiyi Niderland milli komandasının heyətində 17 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
arena.az

1Mənbələr