AZ

“Turan Tovuz”dan BÖYÜK HƏMLƏ – Qərb klubu “Qranada”nın sabiq üzvü ilə güclənir?

2024/2025 mövsümündə daha iddialı olmaq istəyən “Turan Tovuz” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Tovuz klubu heyətini “Neftçi”dən ayrılan Eddi İsrafilovla gücləndirmək istəyir.  Qərb təmsilçisi Eddi transferində maraqlı olsa da, futbolçunun yüksək əməkhaqqı tələb etməsinə qarşılıq qarşı tərəflə danışılar açıq qalıb.

Kurban Berdiyevi komandanın başına gətirən “Turan Tovuz” rəhbərliyi Eddi transferini reallaşdırmaqda maraqlıdı. Əgər Eddi ölkə xaricindən hər hansı bir təklif ala bilməsə, Azərbaycan variantını bir daha gözdən keçirməli olacaq ki, Tovuz klubu da bu məsələdə digər komandalarla nisbətdə daha şanslıdı.

Qeyd edək ki, Eddi İsrafilovun xidmətində “Sabah” maraqlı idi. Lakin “bayquşlar” İvan Lepinitsa transferi ilə Eddi məsələsinin qapandığını göstərdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
idmanxeber.az

1Mənbələr