AZ

ABŞ məktəblərində İncil tədris olunacaq

ABŞ

ABŞ-nın Oklahoma ştatındakı bütün dövlət məktəblərinin tədris proqramına İncilin tədrisinin daxil edilməsinə əmr verilib.

Reyting.az
-ın məlumatına görə, bu məqsədlə Oklahoma Ştatının Təhsil Şurasının sədri Rayan Uolters ştatdakı dövlət məktəblərinə təlimatlar göndərib.

Uolters əyalətdəki hər siniflərdə İncil kitabının lazım olduğunu bildirib. O, müəllimlərin İncildən dərs keçməli olduğunu qeyd edərək, müqəddəs kitabın “Konstitusiya və ümmətin doğulması üçün istifadə edilən ən əsas sənədlərdən biri olduğunu” yazıb.

“Müqəddəs kitab əvəzolunmaz tarixi və mədəni məhək daşıdır”,- deyən Uolters qeyd edib ki, Oklahoma akademik standartlarına görə İncil ölkənin keçmişini və Qərb sivilizasiyasını tam başa düşmək üçün zəruri tarixi sənəddir.

Ualtersin fikrincə, oklahomalı məktəblilər İncildən xəbəri olmadan millətin təməlini düzgün qavraya bilməyəcəklər.

Luiziana qubernatoru Ceff Landri isə 19 iyunda qəbul edilən qanun əsasında, ştatın dövlət məktəblərindəki sinif otaqlarında On Əmr yazılmış plakatların asılmasını tələb edən qanunu imzalayıb.

Digər tərəfdən, Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) başda olmaqla bəzi təşkilatlar bu qanunun uşaqların bərabər təhsil almasına mane olduğunu və fərqli inanclı şagirdlərin məktəblərdə özlərini təhlükəsiz hiss etmələrinə səbəb olacağını ifadə edərək, prosesi məhkəməyə daşıyacaqlarını elan edib.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
reyting.az

1Mənbələr