AZ

Aİ-nin rəhbər vəzifələrinə təyinatlar təsdiqləndi


Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları növbəti beş il üçün Aİ-nin rəhbər vəzifələrinə təyinatları təsdiqləyiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Çarlz Mişel Aİ-nin Brüsseldə keçirilən sammitindən sonra “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Ursula fon der Lyayen yenidən Avropa Komissiyasının prezidenti, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa Şurasının sədri, Estoniyanın baş naziri Kaya Kallas isə Aİ diplomatiyasının rəhbəri təyin edilib.
İndi Avropa Parlamenti iyulda keçiriləcək plenar iclasda Avropa Şurasının təyin etdiyi namizədlərə səs verməli olacaq və bundan sonra qərarlar qüvvəyə minəcək. Kallas oktyabrda, Kosta dekabrda vəzifəsinin icrasına başlayacaq. Fon der Lyaeyen isə sentyabrda Avropa Komissiyasının yeni tərkibini təqdim edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
yeniavaz.com

1Mənbələr