AZ

“Risk kommunikasiyası və icmalarla iş – infodemiyanın idarə olunması üzrə planın hazırlanması” mövzusunda təlim başlayıb

ÜST-nin Azərbaycandakı Ölkə Ofisi və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Risk kommunikasiyası və icmalarla iş – infodemiyanın idarə olunması üzrə planın hazırlanması” mövzusunda təlim başlayıb.
 
Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycandakı nümayəndəliyindən xəbər verilib.
 
"Yaşıl dünya naminə həmrəylik ili" və COP29 çərçivəsində təşkil olunan təlim ÜST-nin Avropa üzrə Regional Ofisinin səhiyyədə fövqəladə hallar proqramının risk kommunikasiyası və icmalarla iş bölməsi tərəfindən həyata keçirilib.
 
Təlimin təşkilində əsas məqsəd Azərbaycanın səhiyyə orqanlarının, onların hökumət üzrə tərəfdaşlarının, beynəlxalq təşkilatların, QHT-lərin risk kommunikasiyası, icmalarla iş üzrə potensialını daha da gücləndirmək, xüsusilə COP29 təşəbbüslərinə uyğun olaraq istilik dalğasına qarşı hazırlığı və cavab tədbirlərlərini vurğulamaqla, səhiyyə ilə bağlı fövqəladə hallara cavab verməkdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
aztibb.az

2Mənbələr