AZ

İranın Ali Lideri səsvermədə iştirak edib

Bakı. Trend:

İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei bu gün keçirilənnövbədənkənar prezident seçkilərində səs verib.

Trend-in məlumatına görə, İranın Ali Lideri İmam Xomeyni adınaibadət mərkəzində yaradılan seçki məntəqəsində səsvermədə iştirakedib.

Səsvermədən sonra jurnalistlərə açıqlama verən İranın Ali Lideribildirib ki, İran vətəndaşlarının səsvermədə aktiv iştirakı vəseçicilərin sayının artması İran üçün qətiləşmiş ehtiyacdır.

Xamenei prezident seçkilərinin önəminə diqqət çəkib vəvətəndaşların seçimi ilə 4 il ərzində prezident tərəfindən ölkəninidarə olunacağını bildirib.

Qeyd edək ki, bu gün (28 iyun) yerli vaxtla saat 08:00-da İrandanövbədənkənar prezident seçkiləri başlayıb. 14-cü çağırış prezidentseçkilərində 61 452 321 seçici səsvermə hüququna malikdir.

Prezident seçkilərində 4 namizəd - Məsud Pezeşkian, MustafaPurməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf rəqabətaparacaq.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xariciişlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbrizüzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycanvilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparanhelikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəzanəticəsində 9 nəfər həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
8
az.trend.az

10Mənbələr