AZ

Ukrayna hələlik Aİ-dən 50 milyard dollar almayacaq

Ukrayna hələlik Aİ-dən 50 milyard dollar almayacaq




Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollar kredit ayırmağı hələlik təsdiq edə bilməyib. TASS xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat yayıb.Mişel Aİ sammitinin yekun mətbuat konfransında deyib: “G7-də biz Ukraynaya daha 50 milyard dollar ayıracağımıza söz vermişik”.Avropa İttifaqı Şurasının rəhbərinin sözlərini Avropa Komissiyasının sədri Ursula fon der Leyen də şərh edib və ümid etdiyini bildirib ki, Aİ ilin sonuna qədər bu məbləğin ilk tranşlarını köçürə biləcək.Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Aİ Macarıstanın Rusiyanın xaricdəki dondurulmuş aktivlərindən əldə etdiyi gəlirdən istifadə edərək Ukraynaya silah almasına qarşı Qərb ölkələrinin vetosundan yan keçmək üçün hüquqi mexanizm hazırlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
patrul.az

1Mənbələr