AZ

İngiltərə millisinin futbolçusu velosipeddən yıxılıb və üzündən xəsarət alıb

İngiltərə millisinin və "Nyukasl Yunayted"in cinah yarımmüdafiəçisi Antoni Qordon Almaniyada təlim-məşq toplanışında velosipeddən yıxılıb, üzündən və əlindən yüngül xəsarətlər alıb.

"Operativ Media" xəbər verir ki, o, Qaret Sautqeytin rəhbərlik etdiyi komandanın müntəzəm məşqində iştirak edə bilib.

İngiltərə yığması Slovakiya ilə Avro-2024-ün 1/8 final matçına hazırlaşır. Həmin qarşılaşma iyunun 30-da baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
operativmedia.az

1Mənbələr