AZ

Boliviya prezidenti generalın iddialarını təkzib edib

Luis Arce: Xalqın qanını tökməklə populyarlıq qazanacaq siyasətçi deyiləm

Boliviya prezidenti Luis Arce general Xuan Xose Zuniqanın hakimiyyət orqanlarının hərbçilərin hökumət evinin qarşısındakı meydanı işğal etmək planlarından xəbəri olması ilə bağlı dediklərini yalanlayıb.

“İki sahil” xəbər verir ki, Arce “Boliviya” TV-də yayımlanan mətbuat konfransında, “Biz onun planları haqqında heç nə bilmirdik, əksinə, baş verənlərə təəccübləndik” deyib.

Həbsi zamanı Zuniqanın jurnalistlərə iyunun 23-də Arce ilə görüşdüyünü və dövlət başçısının ondan populyarlığının artırılmasında kömək istədiyi ilə bağlı dediklərinə münasibət bildirən dövlər başçısı xalqın qanını tökməklə populyarlıq qazanacaq siyasətçi olmadığını bildirib: “Hakimiyyətdə olduğumuz bütün dövr ərzində sübut etdik ki, mən xalqın qanını tökməklə populyarlıq qazanacaq siyasətçi deyiləm”.

Prezident deyib ki, çevriliş cəhdi ərəfəsində Zuniqa, keçmiş prezident Evo Morales haqqında sərt danışdığı müsahibəyə görə, ordu rəisi vəzifəsindən uzaqlaşdırmaq qərarı ilə bağlı məlumatlandırılıb. Onun sözlərinə görə, general istefa xəbərini sakitliklə qəbul edib.

Xatırladaq ki, iyunun 26-da Zuniqanın başçılıq etdiyi bir qrup Boliviya hərbi zabiti La Pazda hökumət binasının qarşısındakı meydanı zəbt edib. Silahlı qüvvələrin yeni komandiri Xose Vilson Sançes Velaskes bütün hərbi qulluqçulara öz hissələrinə qayıtmağı əmr etdikdən sonra onlar meydanı ərazini tərk ediblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
ikisahil.az

1Mənbələr