AZ

Monqolustanda parlament seçkiləri keçirilir

Monqolustanın Böyük Dövlət Xuralına (parlamentinə) seçkilər keçirilir.

“İki sahil” xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb. Ölkədə 2198 seçki məntəqəsi açılıb.

Seçici siyahılarında 2 milyon 284 min vətəndaş qeydə alınıb. Onlar ilk dəfə olaraq deputatları qarışıq sistemlə seçəcəklər: 78-i majoritar, 48-i proporsional sistemlə.

Səsvermə binalarında foto və video çəkilişlər qadağandır. Seçicilər girişdə barmaq izləri ilə qeydiyyata alınır və onlara iki bülleten verilir. Gözdən əlillər üçün hər bir kabinədə böyüdücü eynəklər və Brayl əlifbası ilə yazılmış məlumat materialları mövcuddur.

Səsvermədən sonra seçicinin barmaqlarından birinin üzərində mürəkkəblə işarə qoyulur və o, otağı başqa qapıdan tərk edir. Səsvermə ərəfəsində və səsvermə günü spirtli içkilərin satışı, çoxlu sayda insanın iştirakı ilə hər hansı mədəni, idman və əyləncə tədbirlərinin təşkili qadağandır.

Seçki günü bayram hesab edildiyi üçün bazarlar, iri ticarət və xidmət mərkəzləri bağlanıb. Eyni zamanda, Monqolustanın paytaxtında səsvermə günü şəxsi avtomobillərin dövlət nömrə nişanlarından istifadə etməklə səyahətə qoyulan məhdudiyyətlər aradan qaldırılır. Bu məhdudiyyətlər tıxacları azaltmaq üçün iş günlərində tətbiq olunur. Səsvermə saat 22:00-da başa çatacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
113
ikisahil.az

1Mənbələr