AZ

Pəncərə təmizləyən qız 18-ci mərtəbədən yıxıldı - BU ŞƏKİLDƏ SAĞ QALDI

Yekaterinburqda tələbə pəncərə yuyarkən 18-ci mərtəbədən yıxılaraq sağ qalıb.

Moderator.az xəbər verir ki, Yekaterinburqda 19 yaşlı tələbə on səkkizinci mərtəbənin pəncərəsindən yıxılıb və o,  yıxılmadan yüngül xəsarətlərlə sağ qalıb.

Tələbənin sözlərinə görə, o, otağında sadəcə pəncərələri yuyurmuş, ancaq büdrəyib yıxılıb. Qız 50 metrdən çox uçub. Pəncərələrin altında kolların hündür olması onu xilas edib. Otun üzərində hərəkətsiz vəziyyətdə qaldığını görən tələbənin qonşusu təcili yardım çağırıb.

“Mənim iki qabırğam sınıb, alnımda çat var” deyərək əlavə edib ki,  hələ də yataqdan qalxa bilmir, amma həkimlər yaxşı olacağını qeyd edirlər. 
 
Bundan əvvəl Moskvada qızın ağcaqanad toruna söykənərək 9-cu mərtəbədəki mənzilin pəncərəsindən yıxıldığı bildirilmişdi . 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
moderator.az

1Mənbələr