AZ

FərdiGənc Avropa çempionu: Qarşılaşmalarım çətin keçsə də, final asan oldu

Qarşılaşmalarım finaladək çətin olsa da, yekun asan başa gəldi - ermənistanlı rəqibimə qalib gəldim.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Turan Daşdəmirov söyləyib.

"Finala qədər görüşlərim çətin oldu. Finalda isə asanlıqla erməni rəqibimə 8-0 hesabı ilə qalib gəldim. Qarşıda dünya çempionatı var. İnşallah, eyni nəticəni komanda şəklində təkrarlayarıq", – qızıl medalçı söyləyib.

Xatırladaq ki, Serbiyada keçirilmiş U-17 Avropa çempionatının birincisi olan Azərbaycanın yunan-Roma güləşi millisi Bakıya qayıdıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
far.az

1Mənbələr