AZ

ABŞ-dan xəbərdarlıq: Böyük müharibə ola bilər

Qəzzada atəşkəs əldə olunmasa, yaxın bir neçə həftə ərzində İsrail və Hizbullah arasında genişmiqyaslı qarşıdurma baş verə bilər.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko"nun ABŞ kəşfiyyatının məlumatına əsasən yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, hər iki tərəf - həm İsrail, həm də Hizbullah döyüş planları hazırlayır və əlavə silahlar axtarır.

“Bəzi Avropa ölkələri müharibənin bir neçə gün ərzində başlaya biləcəyinə inanır və öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib”, - məqalədə vurğulanıb.

Qeyd edək ki, Kanada da iki gün öncə vətəndaşlarını Livanı tərk etməyə çağırmışdı. SEO Xidməti


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
yenisabah.az

4Mənbələr