AZ

Xəzərdə xilasetmə təlimləri keçiriləcək

İyulda Xəzər dənizində region ölkələrinin gəmilərinin iştirakı ilə çoxtərəfli xilasetmə təlimləri keçiriləcək.

SeherXeber.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Xəzəryanı dövlətlər arasında dəniz əməkdaşlığı daimi və dostluq xarakteri daşıyır. İyul ayında İran, Rusiya və regionun digər ölkələrinin xilasedici gəmilərinin iştirakı ilə Xəzər dənizində çoxtərəfli xilasetmə təlimləri keçiriləcək”, - qurumdan bildirilib.

Daha əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının “Volqodonsk” kiçik artilleriya gəmisi və “Anatoli Qujvin” hidroqrafik gəmisinin qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəldiyi bildirilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
17
seherxeber.org

10Mənbələr