AZ

Yaşayış binasında yanğın - xəsarət alanlardan 3-ü evə buraxılıb, digərlərinin müalicəsi davam edir

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

Məlumata görə, baş verən yanğın söndürülüb, tüstüdən zəhərlənən 6 nəfər xəstəxanaya yerləşdirilib:

2001-ci il təvəllüdlü Tural Məmmədov,

1994-cü il təvəllüdlü Elvin Nağıyev,

1999-cu il təvəllüdlü Məhəmməd Yaşar,

Tərlan Kərimov,

Mütəllim İbrahimov,

Fərid Nədibov.

Onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

Əraziyə polis əməkdaşları cəlb edilib, bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
missiya.az

1Mənbələr