AZ

AVRO-2024-ün ulduzu məktəbi bitirdi

İspaniya millisinin və “Barselona”nın əsas cinah hücumçusu Lamin Yamal nəhayət ki, bütün diqqətini futbola cəmləyə biləcək. Gənc futbolçu son məktəb imtahanını verib. İspaniya millisinin və “Barselona”nın əsas cinah hücumçusu Lamin Yamal nəhayət ki, bütün diqqətini futbola cəmləyə biləcək. Matc.az “Catalunya Radio”ya istinadən xəbər verir ki, Yamal AVRO-2024 üçün İspaniya millisinin tərkibində olarkən məktəbi rəsmən bitirib. Gənc futbolçu son məktəb imtahanını verib. Xatırladaq ki, Yamal AVRO-2024-ün 1-ci turunun Xorvatiya ilə oyununda (3:0) start heyətdə meydana çıxdıqdan sonra Avro tarixinin ən gənc futbolçusu olub. O, Dani Karvahala da məhsuldar ötürmə edə bilib. Bundan sonra Lamin İtaliyaya qarşı 71 dəqiqə (1:0), Albaniya ilə görüşdə (1:0) 72-ci dəqiqədə əvəzedici heyətdə meydana çıxıb. Yamal həm də La Liqa və Çempionlar Liqası tarixinin ən gənc futbolçusudur. Ötən mövsüm 16 yaşlı cinah oyunçusu bütün yarışlarda 50 matçda 7 qol vurub, 10 məhsuldar ötürmə edib. AVRO-2024-ün 1/8 finalında İspaniya millisi turnirin surpriz komandası Gürcüstanla qarşılaşacaq. Qarşılaşma bazar günü, iyunun 30-da baş tutacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
matc.az

1Mənbələr