AZ

Rəhbər vəzifələr qadınlarla bölüşdürüləcək - Kişilərə qadağa

İspaniyada siyasət və biznes sahəsində yüksək səviyyəli vəzifələrdə çalışan kişi və qadınların sayını bərabərləşdirməyi hədəfləyən qanun layihəsi təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, İspaniyada azlıqda olan solçu koalisiya hökumətinin təşəbbüsü ilə parlamentə təqdim edilən “qadın və kişilərin bərabər təmsilçiliyi” haqqında qanun 177 səs ilə qəbul edilib.

Qanun layihəsinə görə, siyasi partiyaların seçki orqanarında, parlament və senatda, Konstitusiya məhkəməsində, şirkətlərin yüksək rəhbər vəzifələrində kişi və qadınların bərabər sayda təmsilçiliyi tələb olunacaq.

Maraqlıdır ki, rəhbər vəzifələrdə kişilərin say çoxluğuna məhdudiyyət tətbiq edildiyi halda, qadınlarla bağlı bu qadağa nəzərdə tutulmayıb.

Qanun layihəsinin parlamentin yuxarı və aşağı palatalarında təsdiq olunandan sonra avqustun əvvəlində qüvvəyə minəcək.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
teleqraf.com

1Mənbələr