AZ

Amerikalılara xəbərdarlıq edildi: Livanı dərhal tərk edin!

ABŞ İsraillə Hizbullah arasında müharibə riskinin artması səbəbindən vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edən bir sıra ölkələrə qoşulub.

KONKRET.az xəbər verir ki, bu barədə xarici media yazır.

ABŞ-ın Livandakı səfirliyi amerikalıları bu ölkəyə səyahət planlarını yenidən nəzərdən keçirməyə və Livanın cənubuna, Suriya ilə həmsərhəd ərazilərə və qaçqın düşərgələrinə getməməyə çağırıb.

Əvvəllər oxşar xəbərdarlıqlar Almaniya, Fransa, İtaliya, İsveçrə, Kanada, Səudiyyə Ərəbistanı, Qətər və Rusiya tərəfindən edilib.

Məlum olduğu kimi, İsrailin müdafiə naziri Yoav Qalant Vaşinqtona səfəri zamanı diplomatik həllə üstünlük verdiyini vurğulasa da, müharibə olacağı təqdirdə “Livanı daş dövrünə göndərməklə” hədələmişdi.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
konkret.az

1Mənbələr