AZ

Bayden ya Tramp ? - Sorğu nəticələri AÇIQLANDI

Amerikalı seçicilərin əksəriyyəti Donald Trampın hazırkı prezident Co Baydenlə qarşıdakı debatda uğur qazanacağına inanır .

 

Sfera.az xəbər verir ki, bu, "The New Times"ın Siena Kolleci ilə birgə keçirdiyi sorğunun nəticəsinə əsasən belədir.


Araşdırmaya görə, sorğuda iştirak edən seçicilərin 60%-i Trampın debatda “yaxşı” və ya “kifayət qədər yaxşı” çıxış edəcəyinə inanır. Co Baydenə gəlincə, respondentlərin 46%-i bu mövqeyi tutub.

 

Bundan əvvəl Fox News-un aparıcısı Şon Hanniti “beş gündən çox” ictimaiyyətdən gizlənən və Donald Trampla debata hazırlaşarkən birbaşa vəzifələrini yerinə yetirməyən Amerika prezidenti Co Baydeni ələ salmışdı.

 

Onun sözlərinə görə, bir çox amerikalılar indiki dövlət başçısının “ağrılı yaddaşı və zəif dözümlülüyü” bərpa etmək üçün “fəaliyyəti artıran bir növ dərman qəbul edə biləcəyini” istisna etmirlər.

 

Qeyd edək ki, Bayden-Tramp arasında ilk debat iyunun 27-də Atlantada keçiriləcək.

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
sfera.az

1Mənbələr