AZ

Əsəd Suriyanın Türkiyə ilə münasibətlərini nizama salmaq qərarına gəlib

"Regionda hərbi münaqişə yoxdur və Əsəd rejimi bu sakitlik dövründən istifadə etməlidir..."
 
Suriya Türkiyə ilə münasibərlərin normallaşdırılması üzrə təşəbbüslərə müsbət yanaşır. 
 
Moderator.az xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev ilə görüşü zamanı bəyan edib. Məlumatl "Haber7" nəşri yayıb.
 
Nəşrin oxucuları Dəməşq  və Ankara arasında sülh dialoquna dəstək verib və Suriya böhranının tezliklə nizamlanmasına ümid etdiyini ifadə edib.
 
"Suriya bütün təşəbbüslərə açıqdır"
 
"Suriya Türkiyə ilə münasibətlərin inkişafı üzrə bütün təşəbbüslərə suverenliyə hörmət və terrorçuluqla mübarizə əsasında açıqdır", - Əsəd deyib.
 
"Şərtlər heç vaxt olmadığı kimi əlverişlidir"
 
Öz növbəsində Lavrentyev vurğulayıb ki, Rusiya Suriya-Türkiyə münasibətlərinin inkişafı üzrə bütün təşəbbüsləri dəstəkləyir və əlavə edib: 
 
"Biz görürük ki, vasitəçilik üçün hazırda uğur qazanmaq üçün şərait heç vaxt olmadığı qədər əlverişlidir. Rusiya danışıqların irəliyə aparılması üzərində işləməyə hazırdır. Məqsəd Suriya ilə Türkiyə arasında münasinətlərin bərpa edilməsidir".
 
"Fidan: Suriya rejimi bu sakitlik dövründən istifadə etməlidir"
 
Türkiyə XİN rəhbəri Hakan Fidan bəyan edib ki, regionda hərbi münaqişə yoxdur və Əsəd rejiminin ünvanına çağırış edib.
 
"Ən əsası, Suriyada rusiyalılarla bizim nail olduqlarımızdır, bu da ondan ibarətdir ki, hazırda rejimlə müxalifət arasında müharibə aparılmır. Astana prosesi və digər formatlar bunu indi mümkün edir.
 
Suriya rejimi bu sakitlik dövründən ağılla istifadə etməlidir. Bu dövrdən xaricə qaçan milyonlarla insanı geriyə qaytarmaq və ölkəni bərpa etmək üçün istifadə etməlidir. Mən bunu rusiyalı həmkarlarımızla görüşlər zamanı vurğulamışam. Qaçqınların geriyə dönməsini vacib hesab edirik.
 
Biz düşünürük ki, hakimiyyətlə müxalifətin birləşəcəyi təqdirdə Suriya PKK terrorçuları ilə mübarizədə səmərəli oyunçu olacaq. İsrailin əməliyyatı və müxtəlif yaraqlılar qrupu problemi mürəkkəbləşdirir. Bizim dinamik siyasət aparmağımız vacibdir", - Fidan qeyd edib.
 
Müəllif: Erhan Ceylan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
moderator.az

1Mənbələr