ABŞ Kosmik Komandanlığı Rusiyanın “Resurs P” peykinin Yerin aşağı orbitində məhv edilməsi barədə məlumat verib.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılan məlumatda deyilir.
“Kosmik Komandanlıq iyunun 26-da Yerin aşağı orbitində baş vermiş, istismardan çıxarılan Rusiyanın “Resurs P1” peykinin məhv edilməsini təsdiq edə bilər”, – komandanlığın X sosial şəbəkəsində verdiyi bəyanatda deyilir. Komandanlığa əsasən, peyk 100 hissəyə parçalanıb. Mövcud vəziyyət heç bir təhlükə yaratmır.
“Resurs-P” seriyalı peyklər Yerin müxtəlif növlərini müşahidə etmək üçün istifadə olunur və təxminən beş il xidmət müddətinə malikdir.
Rəsmiyə Şərifova,
KONKRET.az