AZ

Nazir Bakar Bodji qəbul edib

İyunun 27-də gənclər və idman naziri Fərid Qayıbov Qambiyanın idman və gənclər naziri Bakar Bodji qəbul edib.

Apasport.az xəbər verir ki, nazir qonağaa ölkəmizin gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Bakar Bodji səmimi qəbula görə təşəkkür edib. Görüşdə Azərbaycanla Qambiya arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova, Azərbaycanın Mərakeş Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nazim Səmədov, Qambiyanın İdman və Gənclər Nazirliyi yanında Prezidentin Beynəlxalq Mükafatının icraçı direktoru Sisey Malik iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
apasport.az

3Mənbələr