AZ

“Qarabağ” demək olar ki, tam hazırdı” – avrokuboklar haqda

Bəli, Avropa arenasında ölkəmizi təmsil edəcək komandalarbu yay yola “Qarabağ”, “Zirə”, “Sabah” və “Sumqayıt”dı.

Bəs bizimkilərin rəqiblərini mübarizədən kənarlaşdırmaq potansialı varmı? Püşkdə bəxtimizə düşənləri asan rəqib saymaq olarmı? Bu mövzuyla bağlı təcrübəli mütəxəssis Əfqan Talıbova tribuna verməyi lazım bildik. Onun “football-plus.az”a söylədikləri:
“Bildiyim qədər “Qarabağ” avrokubokların istənilən turnirində keçirilən görüşlərə, demək olar ki, tam hazırdı. Qalan üç komandamıza gəlincə, onların bu yarışa necə və kimlərlə hazırlaşacağı vacibdi. Təkcə avrokuboklara qatılmaq bəs etmir, yaxşı çıxış etməklə mərhələ adlamaq və ölkənin reytinqini artırmaq da vacibdi. Bunun üçün də istər-istəməz hər üç komandanın heyətini necə formalaşdıracağı və hansı transferlər həyata keçirəcəyi önəmlidi. Bu gün Maltada, Cəbəllütariqdə, Moldovada hansı komandanı götürsəz, fərq eləmir. Onlar sistemli şəkildə futbol oynamağa üstünlük verirlər, həmçinin yaxşı müdafiə oluna və hücuma çıxa bilirlər. Bu üzdən də rəqiblər arasında zəifi yoxdu. Demək olar ki, hamısı eyni səviyyədədi. Arzu edərdim ki, avrokuboklarda mübarizə aparacaq təmsilçilərimiz heyətlərini gücləndirsinlər. Eyni zamanda da yaxşı hazırlaşsınlar ki, ikinci təsnifat mərhələsindən geri dönməsinlər. İndi futbolun səviyyəsi çox sürətlə artır. Futbolçularla bağlı tələbkarlıq məşqçilər tərəfindən yüksək tutulmalıdı. Çünki arzuladığımız avrokuboklara çıxmışıq. Hesab edirəm ki, “Qarabağ”dan başqa qalan komandalara Avropada ciddi təzyiq olacaq. İndi transfer etmək, güclənmək, komandanı yaxşı hazırlamaq, mərhələ adlamaq üçün addımlar atılmalıdı. Çünki azarkeşlər bunu gözləyir. Təmsilçilərimizin rəqiblərinə gəlincə, aşkar favorit görmürəm. İnanıram ki, imkan dairəsində mühüm transferlər olunacaq və lazımi səviyyədə hazırlıq keçiləcək. Düşünürəm ki, hər üç komandamızın şansı əlli-əlliyədi. Bir balaca üstünlük isə “Zirə”də görürəm. Çünki qəsəbə təmsilçisinin rəqibi “Şerif” hazırda maliyyə sıxıntısı yaşayır. Buna görə də artıq hər il Avropaya səs salmış “Şerif” deyil. Fəqət uzun illərə söykənən Avropa təcrübəsi var. Təcrübəsiylə yanaşı, bacarıqlı legionerləri var. Həmçinin bu yolu bir neçə dəfə qət edərək, uğur əldə ediblər. Bu üzdən “Zirə” üçün də çox çətin keçəcək. Amma bu oyuna proqnozum 60-40-a “Zirə”nin xeyrinədi. “Sabah”la “Sumqayıt”ın şanslarını isə 50-50-yə kimi qiymətləndirirəm. Krunoslav Renduliçin rəqibi daha şanslı saymasına gəlincə, “Makkabi”nin təcrübəsi varsa, “Sabah”ın da maliyyə dayaqları var və yaxşı transferlər reallaşdıracaqlar. “Qarabağ” haqda danışmağa isə ehtiyac görmürəm. Çünki o öz işini bilir. “Köhlən atlar” yaxşı bilir ki, mərhələni hardan və necə başlamaq lazımdı. Buna görə də Ağdam təmsilçisini digər komandalarımızdan ayırıram. Söhbət qalan təmsilçilərimizdən gedir. Az əvvəl dediyim sözə qayıdıram: bu gün futbolda güclü və ya zəif yoxdu. Sadəcə, kiməsə yuxarıdan aşağı baxmaq, saymamaq, transfer etməmək, yaxşı hazırlanmamaq və ya maddi sıxıntılar var. Yəni bu məqamlar nəticəyə təsir edir. Faktiki örürük ki, “Sabah”, “Sumqayıt” hələ transfer eləmir. Hər biri öz vaxtına qədər tam hazır olacaq. Həmçinin “Zirə” də bura daxildi. Həddən artıq güclü mübarizə aparmalıdılar. Bu meydan, bu da şeytan. Yəni gəlmisizsə, buyurun, sevindirin ölkənizi, azarkeşlərinizi”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
football-plus.az

1Mənbələr