AZ

Görmə qabiliyyətini itirmiş tələbə qrup yoldaşları arasında ən yüksək NƏTİCƏNİ GÖSTƏRDİVİDEO

Görmə qabiliyyətini itirmiş tələbə oxuduğu fakültədə qrup yoldaşları arasında ən yüksək nəticəni göstərib.

Xezerxeber.az xəbər verir ki, Fikrət Ağayev 1-ci qrup əlildir. O, universitetdə keçirilən semestr imtahanlarında ən çox ortalama balı toplayaraq  "Fəxri Məzun" adını qazanıb. Fikrət, həmçinin Almaniyanın akademik mübadilə  xidmətinin "Şərqə get Azərbaycan, şərqlə qərb arasında sehrli körpü" layihəsinə qatılaraq Almaniyadan və ölkədən  seçilən 28 tələbə arasında proqramda, eyni zamanda Almaniyanın Albert-Lüdviqs universitetinin təcrübə proqramında iştirak edib.

Fikrət universitetdə əldə etdiyi bilikləri daha böyük auditoriyalara çatdırmaq üçün pedaqoji fəaliyyətlə məşğul olmaq niyyətindədir. O, bildirir ki, görmə qabiliyyətini itirməsi onun istəklərini reallaşdırmağa əngəl deyil. Elə buna görə də o, magistratura səviyyəsində təhsil almağa hazırlaşır.

Müəllimi deyir ki, Fikrət tədris müddəti ərzində öz aktivliyi ilə seçilən nümunəvi tələbə olub.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
3
xezerxeber.az

4Mənbələr