AZ

Rumıniyanın baş məşçisi ittihamları rədd edib

Rumıniya yığmasının baş məşqçisi Edvard İordanesku Slovakiya oyunla bağlı ittihamlara cavab verib.

İdman.biz xəbər verir ki, AVRO-2024-ün 3-cü turunda Rumıniya – Sovakiya görüşünün nəticəsinin əvvəlcədən razılaşdırılması ilə bağlı şayiələr yayılıb.

Rumıniyalı mütəxəssis bu informasiyaları ciddi şəkildə təkzib edib. İordanesku bu söz-söhbətləri biabırçılıq adlandırıb: “Hər iki yığma bütün gücü ilə oynadı. Komandanı, futbolçuları, bizim işimizi və vicdanımız ləkələmək sadəcə biabırçılıqdır”.

Qeyd edək ki, E qrupunun son turunda Rumıniya ilə Slovakiya arasındakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Rumıniya, Belçika, Slovakiya və Ukrayna yığmaları 4 xal toplasalar da, top fərqinə görə, ukraynalılar pley-offdan kənarda qalıblar.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
idman.biz

1Mənbələr