AZ

OnePlus Ace 3 Pro flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

     OnePlus şirkəti daha öncə də söz verdiyi kimi Çində OnePlus Ace 3 Pro smartfonunu təqdim edib. Bu, ilin əvvəlində təqdim edilmiş OnePlus Ace 3-ün təkmilləşdirilmiş versiyasıdır. OnePlus Ace 3 Pro böyük ölçülü ekranı, flaqman Snapdragon prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın kənar hissələri əyilmiş dizaynda hazırlanıb və barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 4500 nit təşkil edir. OnePlus Ace 3 Pro özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.     Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16/24 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus Ace 3 Pro 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Smartfon OnePlus və CATL adlı şirkət arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış Glacier Battery adlı yeni növ batareyanı əldə edib. Bu batareyanın həcmi 6100 mAh təşkil edir və o, 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Batareya 100% enerjini 36 dəqiqəyə yığır. OnePlus bildirib ki, smartfondan 4 il istifadə etdikdən sonra batareya öz ilkin həcminin 80%-ni qoruyub saxlayır. Smartfon artıq Çin bazarında satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. OnePlus Ace 3 Pro-nun Çin bazarındakı satış qiymətləri aşağıdakı kimidir.- 12 GB RAM + 256 GB yaddaş - 440$- 16 GB RAM + 256 GB yaddaş - 482$- 16 GB RAM + 512 GB yaddaş - 523$- 24 GB RAM + 1 TB yaddaş - 695$.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
technote.az

1Mənbələr