AZ

Lavrov Boliviyada hərbi çevrilişə cəhdi pisləyib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Boliviyanın xarici işlər naziri Selinda Sosa Lunda ilə telefon danışığında bu ölkədə hərbi çevrilişə cəhdi pisləyib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Rusiya tərəfi 26 iyunda Boliviyada baş vermiş hərbi çevriliş cəhdini kəskin şəkildə pislədiyini bildirib ”, – deyə diplomatik departament bildirib: “Suveren dövlətlərin konstitusiya əsaslarını pozmağa yönəlmiş hər hansı hərəkətin yolverilməzliyi vurğulanıb”.
Tərəflər həmçinin iyun ayında ən yüksək səviyyədə əldə olunmuş razılaşmalara sadiq olduqlarını təsdiqləyiblər.
“Hər iki tərəf Rusiya və Boliviya prezidentlərinin iyun ayında Sankt-Peterburqda keçirilən görüşü zamanı əldə edilmiş bütün razılaşmalara sadiqliyini təsdiqləyib”, – deyə məlumatda bildirilir.
Cənubi Amerika ölkəsinin prezidenti Luis Arce iyunun 6-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib, o, Rusiya prezidenti Vladimir Putinlə görüşüb.Nuranə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
elchi.az

1Mənbələr