AZ

Keniyada etirazlar davam edir

Keniya polisi bu gün də davam edən vergi artımı etirazlarına müdaxilə etmək üçün yenidən gözyaşardıcı qazdan istifadə edib.

News24.az xəbər verir ki, prezident vergi artımı qanun layihəsini geri götürmək üçün təzyiqlərə boyun əydi, lakin bir çox şəhərlərdə etirazlar davam edir.

Prezident Uilyam Ruto polisin açdığı atəş nəticəsində ən azı 23 nəfərin öldürülməsindən və parlamentə basqın edilərək yandırıldıqdan sonra vergi artımını ehtiva edən 2024-cü il Maliyyə Qanununu geri götürüb.

Qeyd edək ki, Ruto iki illik prezidentliyinin ən ciddi böhranı ilə mübarizə apararkən, gənclərin rəhbərlik etdiyi etiraz hərəkatı vergi artımı ilə bağlı onlayn etirazlardan sonra siyasi islahatlar tələb edən kütləvi mitinqlərə çevrilib.

Paytaxt Nayrobidə polis və əsgərlər bu gün küçələrdə patrul edib və hökumət binasına girişi bağlayıblar.

Polis şəhərin mərkəzində toplaşan onlarla insanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yerli televiziya yüzlərlə etirazçının Mombasa liman şəhəri və qərbdəki Kisumu şəhərində də toplaşdığını göstərib.

Siyasi fəal və etirazçı Davis Tafari Reuters-ə mətn mesajında "İndi təkcə maliyyə qanun layihəsi ilə bağlı deyil, Ruto getməlidir" deyib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
news24.az

1Mənbələr