AZ

“Makkabi” “Arsenal”ın qapıçısıyla güclənir – Tomas yoldadı

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi – İsrail “Makkabi”si heyətini gücləndirməyə davam edir.

“Football-plus.az”ın məlumatına görə, Hayfa təmsilçisi “Arsenal”ın (Sarandi, Argentina) qapıçısı Tomas Sultaniylə anlaşıb. Qolkiper tezliklə “Makkabi”nin düşərgəsinə qoşulacaq və avrokubok macərası üçün hazırlığa başlayacaq.

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm “Arsenal”ın heyətində 14 oyun keçirib, 11 qol buraxıb. 6 matçda isə “çərçivə”ni toxunulmaz saxlayıb. “Transfermarkt”ın xəbərinə görə, 186 sm boya malik oyunçunun qiyməti 100 min avrodu.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
football-plus.az

1Mənbələr