AZ

Azərbaycan cüdoçuları AÇ-nin ilk günündə iki medal qazandılar

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatının ilk günündə iki medal qazanıblar.

Fanat.Az xəbər verir ki, son olaraq Nihad Rəhimov (60 kq) üçüncü yer uğrunda görüşdə İsraildən olan Şalev Kohenə məğlub olub.

Diana Eldarova (48 kq) isə bürünc medal uğrunda mübarizədə Sofia Zaxarovanın öhdəsindən gələ bilməyib.

Daha öncə Bahadır Feyzullayev Avropa çempionu olub, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, turnir iyunun 30-da başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
fanat.az

1Mənbələr