AZ

Şimali Koreya:"Dünənki raket sınağı uğurlu alınıb"

Şimali Koreya Cənubi Koreyanın dünən partladığını elan etdiyi raketi uğurla sınaqdan keçirdiyini iddia edib.

BiG.AZ xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya Raket İdarəsindən verilən açıqlamada, dünən 170-200 kilometrlik ərazidə çox başlıqlı raket sınağı həyata keçirildiyi bildirilib.

Açıqlamada çox başlı raketin üç fərqli hədəfi düzgün vurduğu iddia edilib və sınağın Şimali Koreyanın raket texnologiyasının inkişafı üçün böyük əhəmiyyət daşıdığı qeyd edilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
big.az

2Mənbələr