Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) iyulda Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya onun sıralarına qoşulmaq üçün dəvət göndərmək niyyətində deyil.
İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib.
"Ukrayna bu ilin iyulunda alyansa qoşulmaq üçün dəvət almayacaq, lakin biz onları alyansa yaxınlaşdıraraq, diqqəti qarşılıqlı fəaliyyət, modernləşdirmə, həmçinin qeyd olunan koordinasiyanı təmin edirik", - Smit "The Washington Post"a müsahibəsində deyib.