AZ

Almaniya AB-dən ukraynalı qaçqınlar üçün daha çox pul istəyir

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqından Ukraynadan olan qaçqınlar üçün daha çox maliyyə dəstəyi istəyib.
Elchi.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi öncəsi jurnalistlərə açıqlama verib.
AB ölkələrinin milyonlarla ukraynalı qaçqını qarşıladığını bildirən Şolts, Almaniya, Polşa, Çexiya və bir neçə başqa ölkənin ən çox qaçqını qəbul etdiyini bildirib.
Şolts bildirib ki, əgər digər ölkələr qaçqınların qəbuluna daha az töhfə verirsə, AB-nin çoxlu sayda qaçqını qəbul edən ölkələrə yaşayış xərcləri, peşə təhsili, dil kursları kimi xüsusi maliyyə dəstəyi verməyə qərar verməsinin vaxtı çatıb.
Bunun polşalı və çexiyalı həmkarlarına və Aİ Komissiyasının sədrinə yazılı şəkildə çatdırıldığını deyən Şolts sammitdə məsələnin müzakirə ediləcəyini qeyd edib.Nuranə Məmmədova 

Seçilən
95
1
elchi.az

2Mənbələr