“Marsel”in yeni baş məşqçisi müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, Fransa klubunun rəsmi saytının xəbərinə görə, bu vəzifəyə Roberto De Zerbi təyinat alıb. Onunla rəsmən razılığa gəlindiyi qeyd edilib. Fransa mənbələri De Zerbinin 3 illik müqavilə imzalayacağını xəbər verib.
Qeyd edək ki, italiyalı mütəxəssisin sonuncu iş yeri “Brayton” olub. Komanda premyer-liqanın ötən mövsümünü 11-ci yerdə başa vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta