AZ

Direktor və direktor müavinləri sertifikatlaşdırmaya cəlb olunacaqlar

Bakı. Trend:

Növbəti mərhələdə direktor və direktor müavinlərinin dəsertifikatlaşdırma prosesində iştirakını vacib hesab edirik.

Trend xəbər verir ki, bunu bu gün elm və təhsil naziri EminƏmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkarmüəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışızamanı deyib.

O bildirib ki, yeni təyin olunan məktəb direktorlarının məhzyüksək nəticə göstərən müəllimlər arasından seçilməsini vacib hesabedirik.

"Çünki öz fənnini bilməyən şəxs məktəbə ditektorluq edəndə,düşünürəm ki, bu, heç kimi sevindirmir. O demək deyil ki, yüksəknəticə göstərənləri dərhal direktor təyin edəcəyik. Sadəcədirektorlar yüksək nəticə göstərmiş müəllimlər arasındanseçiləcək", - nazir əlavə edib.

Qeyd edək ki, iyunun 24-də xarici dil (alman dili, fransız dili,rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rusbölməsi), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərisertifikatlaşdırma prosesinin test mərhələsində iştirak ediblər.Daha əvvəl riyaziyyat və ingilis dili müəllimləri ilk dəfəsertifikasiyaya cəlb olunublar.

Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətindətədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası vətəlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə ballarınhesablanması proqram təminatı vasitəsilə həyata keçirilir vəimtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterindəəks olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
az.trend.az

1Mənbələr