AZ

"Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazırdır" - Ararat Mirzoyan

Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır.

BiG.AZ xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Estoniyanın xarici işlər naziri MarqusTsahkna ilə birgə mətbuat konfransında deyib.

Ararat Mirzoyan bildirib ki, estoniyalı həmkarı ilə müzakirələr zamanı regional mövzular, ümumi geosiyasi vəziyyət və cari çağırışlar, Ermənistanla qonşuları arasında münasibətlərin normallaşması prosesinə toxunulub.

"Ermənistan Türkiyə ilə diplomatik münasibətləri tam şəkildə normallaşdırmağa və sərhədləri açmağa hazırdır. Türkiyəli həmkarlarımızla dialoqumuz zamanı biz artıq üçüncü ölkə vətəndaşları ilə yanaşı, diplomatik pasportlara malik Ermənistan Türkiyə vətəndaşları üçün də sərhədlərin açılması və tam normallaşması istiqamətində atılacaq addımların açıqlanması və müəyyən edilməsi ilə bağlı konkret razılaşmalar əldə etmişik. Biz bu razılaşmaya dair qətiyyətimizi daim təsdiqləyirik və mən həqiqətən də inanıram ki, artıq razılaşmaları həyata keçirməyin vaxtı çatıb", - deyə Ararat Mirzoyan vurğulayıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
big.az

1Mənbələr