AZ

Kürdəmirə yağan güclü yağış fəsadlar törətdi, küçələri su basdı - VİDEO

Ötən axşamdan Kürdəmirə yağan güclü yağış fəsad törədib. Mərkəzi küçələri su basıb, həyətyanı sahələr su içində qalıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, aramsız yağan leysan yağışları rayonun mərkəzi küçələrində gediş-gəlişi məhdudlaşdırıb.

Acınacaqlı vəziyyət rayonun əsasən Xanlar Səfərəliyev, Şəhriyar, Məhəmməd Hadi küçələrində daha çox fəsad törədib. Belə ki, adı çəkilən küçələrdə həyətyanı sahələr fərdi yaşayış evləri su altında qalıb.

Sakinlər evlərindən çıxmağa çətinlik çəkirlər. Hazırda aidiyyəti qurumların əməkdaşları yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər.
 


Bizim.Media, Aran bürosu
Seçilən
118
42
bizim.media

10Mənbələr