AZ

Dövlətin təşviqatı doğumun azalmasını dayandıra bilmir

Yazını böyüt
Yazını kiçilt

Hökumətin təşviqlərinə baxmayaraq, Rusiyada doğum səviyyəsi azalmaqda davam edir.

Hafta.az-ın yazdığına görə, ölkədə uşaq dünyaya gətirən ailələrə verilən yardımlar artdığı halda, son 10 ildə doğuşlar təxminən 20 faiz azalıb. “Nezavisimaya qazeta”nın açıqladığı ictimai sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 25 faizi təhsili, 25 faizi isə uşaq sahibi olmamışdan əvvəl karyera qurmağı düşünür.

Sorğunun nəticələrinə görə, uşaq sahibi olmaq istəyənlərin əksəriyyəti 20-37 yaş qrupundadır. Sorğu iştirakçılarının 16 faizi "Yaxın gələcəkdə uşaq sahibi olmağı planlaşdırırsınızmı?" sualına müsbət cavab verərkən, 7 faizi bir il ərzində uşaq sahibi olmağı düşündüyünü bildirib. Digər tərəfdən, doğum göstəricilərinin azalmasının təhlükəsiz həyatla birbaşa əlaqəli olduğu sorğuda da öz əksini tapıb.

Moskva və Sankt-Peterburq xaricindəki böyük şəhərlərdə yaşayanların 23 faizi bətnindəki uşağın təhlükəsizliyinin əhəmiyyətli faktor olduğunu ifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
hafta.az

1Mənbələr