AZ

Rusiyasız həllə nail olmaq mümkün deyil - Ərdoğan

Mən bir daha Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi vurğulayıram.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Estoniya Prezidenti Alar Karis ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Böhranın tez bir zamanda sona çatması, ədalətli və yekun həll yolu ancaq diplomatiya ilə mümkündür. Bununla bağlı tərəflərə təkliflərimizi bildirməkdə davam edirik. Biz Rusiyanı kənarlaşdıran təşəbbüslərin istənilən nəticəni verməyəcəyi qənaətində olmaqda davam edirik”, - deyə Ərdoğan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
5
axar.az

6Mənbələr