AZ

Albaniya yığmasına rekord cərimə

UEFA AVRO-2024-ün iştirakçısı Albaniya yığmasını azarkeşlərin davranışına görə cərimələyib.

İdman.biz xəbər verir ki, komanda turnirin tarixində rekord məbləğdə cəzaya məruz qalıb.

Albaniya Futbol Federasiyası ümumilikdə 171,375 avro xərcə düşüb. Qrup mərhələsinin son turunun İspaniya ilə oyunda albanlar 86,500 avro cərimələnib. Avropanın ali futbol qurumu İtaliya ilə görüşə görə 37,375, Xorvatiya ilə qarşılaşmaya görə 47,500 avro pul cəzası kəsilib.

Qeyd edək ki, qrup mərhələsində 1 xal toplayan Albaniya yığması sonuncu yeri tutub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
idman.biz

2Mənbələr