Futbol üzrə Türkiyə millisi AÇ-2024-ə görə milyonlar qazanıb.

Offsideplus.az xəbər verir ki, Çexiya üzərində qələbədən sonra 1/8 finala yüksələn Türkiyə yığması qrup mərhələsi nəticələrinə görə 12 750 000 avro qazanc əldə edib.

Bunlardan 9,25 milyon avro turnirə qatılım məbləğidir. Milli qələbəyə görə 2 milyon avro (1 qələbə - 1 milyon avro), 1/8 finala yüksəldiyi üçün isə 1,5 milyon avro qazanıb.