AZ

Türkiyә vә Almaniya daxili işlәr nazirlәri arasında görüş olub

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Almaniyanın daxili İşlər naziri Nensi Feserlə görüşüb.

Berlində keçirilən görüşlə bağlı rəsmi internet səhifəsində paylaşım edən Əli Yerlikaya ev sahibliyiinə görə  Nensi Feserə təşəkkür edib.

Görüşdən sonra verilən bəyanatda bildirilib ki, nümayəndə heyətləri arasında baş tutan görüşdə iki nazirliyin öhdəlikləri çərçivəsində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bəyanatda vurğulanıb ki, görüşdə mütəşəkkil cinayətkarlıq və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları, həmçinin terrorla  mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib.

"Miqrant qaçaqmalçılığı ilə mübarizə sahəsində əməkdaşlıq ətrafında da fikir mübadiləsi aparılıb. Almaniyada qüvvəyə minən yeni ''Vətəndaşlıq qanunu''nun təqdim etdiyi imkanlar və müraciət prosesləri ilə bağlı məsələlər də qiymətləndirilib, həmçinin nazirliklər arasında koordinasiyanın gücləndirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb'',-deyə bəyanatda vurğulanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
trt.net.tr

2Mənbələr