AZ

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Azərbaycanın

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasına təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, I təsnifat mərhələsində Albaniyanın "Vlazniya" və İslandiyanın "Valyur" klubları arasında keçiriləcək cavab oyununun baş hakimi olacaq.

Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 18-də Albaniyanın Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
24
azertag.az

10Mənbələr