AZ

Cenində İsrail hərbi maşının partladılması nəticəsində ölü və yaralılar var

Bakı. TurkicWorld:

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində basqın təşkil etdiyi Cenin bölgəsində biri hərbi avtomobili hədəf alan iki bombanın partlaması nəticəsində bir snayper birliyi komandirinin öldüyünü, 16 əsgərin isə yaralandığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Kfir briqadasının snayper bölüyü komandiri, 22 yaşlı kapitan Alon Sacgiunun partlayış nəticəsində öldüyü bildirilib. Eyni hadisədə 5-i orta, 1-i ağır olmaqla 16 İsrail əsgərinin yaralandığı qeyd edilib.

Yedioth Ahronoth qəzetinin internet saytında yer alan xəbərdə Cenin Qaçqınlar Düşərgəsində bir hərbi maşının partlayıcı ilə hədəf alındığı, onlara köməyə gələnlərin başqa bir bombanın partlaması nəticəsində digər əsgərlərin öldüyü və yaralandığı bildirilib.

Qeyd edək ki, İsrail ordusunun “Axtarışda olan insanları ələ keçirmək” məqsədi ilə böyük qruplar halında Cenin şəhəri və ətrafına basqın etdiyi və mühəndis bölmələrinin ən azı 1,5 metr dərinlikdə basdırılmış 2 partlayıcı maddəni aşkarlaya bilmədiyi bildirilib.

İlk bombanın zirehli maşın keçərkən işə düşdüyü və içəridəki əsgərlərin yüngül yaralandığı, ikinci partlayışın isə digər İsrail əsgərlərinin onlara kömək etmək üçün piyada yaxınlaşmasından sonra baş verdiyi qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
turkic.world

1Mənbələr