AZ

Mənzurə:"Sevgili olmayan müğənnilərin dueti uzun getmir"

"Sevgili olmasa, duet oxuyanların dueti uzun getmir".

Referans.az xəbər verir ki, bu sözləri bir zamanlar "əksər hallarda duet ortaqları sevgili olurlar" iddiası ilə çıxış edən tanınmış müğənni Mənzurə Musayeva deyib.

İfaçı bildirib ki, bunu hamıya şamil eləmir, amma, 70- 80 faiz halda bu belədir: "Özləri də bilirlər, hamı da bilir".

İştirak etdiyi verilişdə müğənnidən həmkarları, məşhur duet ortaqları Akşin Fateh və Nəfəsin, Pərviz Bülbülə və Türkanın, Firuzə İbadova və dünyasını dəyişmiş Cavanşir Məmmədovun sevgili olduğu soruşulub. Lakin, o bu sualları cavabsız qoyub.

Mənzurə Musayeva Səyyad Əlizadə ilə duet ortağı olmasına isə belə aydınlıq gətirib: " Səyyadla duet ortağı olmuşam, amma, sevgili olmamışam. Səyyadın belə bir marağı var idi: Mətanət İsgəndərli ilə bir disk buraxsın, sonra Mənzurə ilə birini və s. O sənətində dəyişkənliyi xoşlayırdı. Bu onun xobbisi idi".

Şəlalə Babayeva   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
referans.az

1Mənbələr